Sensor ekranlar üçün xüsusi optimallaşdırılmış, göz yormayan və çox sadə interfeys. İşçiləriniz proqramı cəmi 10 dəqiqəyə tam mənimsəyəcək. Vaxt itkisinə son!
İnternet kəsildi? Problem deyil! Sistem tam funksional şəkildə işinə davam edir. İnternet bərpa olunan kimi bütün məlumatlar avtomatik serverlə sinxronizasiya olunur.
Termal printerlər, barkod oxuyucular, tərəzilər və müştəri displeyləri ilə problemsiz inteqrasiya. Hansı avadanlıqdan istifadə etməyinizdən asılı olmayaraq, bizimlə tam uyumludur.
Satışlar, kassa qalığı, anbar vəziyyəti və işçi performansına dair bütün hesabatlar bir düymə ilə əlinizin altında. Biznesinizə rəqəmlərlə nəzarət edin.
Məlumatlarınız SQL standartları ilə şifrələnir və qorunur. Həm lokal (kompüterdə), həm də buludda saxlanılan bazanız sayəsində məlumat itkisindən qorunursunuz.
Biz sadəcə proqram satmırıq, həm də işinizin fasiləsizliyinə zəmanət veririk. İstənilən sualınızda peşəkar komandamız bir zəng qədər yaxındır.